ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri verdi
ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərini təhvil verib.
Redaktor.az.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, sistemlərin tədarük edilməsinə görə ABŞ Prezidenti Co Baydenə təşəkkür edib: “Amma inanın ki, bu, mülki infrastrukturu, məktəbləri, xəstəxanaları, universitetləri, ukraynalıların evlərini əhatə etməyə kifayət deyil”.
Zelenski, həmçinin ABŞ-a HIMARS və digər raket sistemlərinə görə minnətdarlığını bildirib.
Bundan əvvəl ABŞ Ukraynaya NASAMS adlı hava hücumundan müdafiə sistemlərinin tədarükünə razılıq verib.












