85 yaşlı Berluskoni yenə Senata SEÇİLDİ

 11:28 26.09.2022     427

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ölkə Senatına seçilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, 85 yaşlı Berluskoni Lombardiya bölgəsində birmandatlı seçki dairəsi olan Monzada qalib gəlib.

Məlumata görə, İtaliyanın hakimiyyət iyerarxiyasında prezidentdən sonra Senata sədrlik edə bilər.

Xatırladaq ki, Berluskoni 2013-cü ildə vergi dələduzluğunda ittiham olunduğu üçün Senatdan qovulmuşdu. 

2019-cu ildə keçmiş baş nazir Avropa Parlamentinin üzvü olub.

Qeyd edək ki, sentyabrın 29-da siyasətçinin 86 yaşı tamam olacaq.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən