Rusiyada orta məktəbdə terror oldu - 10 ölü, 17 yaralı - YENİLƏNİB
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma nəticəsində 10 nəfər ölüb, onlardan beşi məktəblidir.
Redaktor.az xəbər verir ki, yaralanan şagirdlərin sayı 17-ə yüksəlib. Onların bəziləri yuxarı mərtəbələrdən tullanaraq güllələrdən xilas olublar.
Yeddi yaşında olan altı uşağa hazırda təcili yardım göstərilir. Onlardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə orta-ağırdır. Bunların bəziləri güllə yaraları, digərləri isə pəncərədən tullanma nəticəsində yaranan sınıqlardır.
Məktəblilərə atəş açan şəxsin intihar etdiyi bildirilir (oxu.az).
***
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Ölənlər barədə məlumat verilmir. Beş uşağın yaralandığı bildirilir.
Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb.












