Türkiyə ABŞ-a və Yunanıstana nota verdi
Yunanıstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, buna səbəb Yunanıstanın Midilli və Saqqız adalarına ABŞ-ın tədarük etdiyi zirehli texnikanı yerləşdirməsi olub. Səfirdən Yunanıstanın bu hərəkətlərinə son verməsi tələb olunub.
Eyni zamanda Türkiyə ABŞ-a da nota verib. Türkiyə notasında Şərqi Egey dənizindəki adaların statusuna hörmətlə yanaşmağı və statusun pozulmasına görə silah istifadəsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.












