Ukraynada son sutkada dəhşət yaşandı - Daha 550 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:08 27.09.2022     1146

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun  57750 canlı qüvvəsi, 2306 tank, 4881 zirehli döyüş maşını, 1378 artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 261 təyyarə, 224 helikopter, 977 PUA, 241 qanadlı raket, 15 gəmi, 3730 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikası məhv edilib.

Ötən gün Rusiya ən böyük itkiləri Kramatorski və Donetsk istiqamətlərində verib.

İLTİFAT

Bir ‎bunu deyən yazı

Vumart və Güvən reklamı Vumart Güvən