Rusiya-Gürcüstan sərhədində minlərlə avtomobil gözləyir

 12:10 27.09.2022     373

Rusiya-Gürcüstan sərhədini keçmək istəyən avtomobillərin sayı 5 500-ə çatıb.

Redaktor.az xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, bunların 3 600-ü minik avtomobilləridir, 1900-ü isə tranzit məqsədi ilə hərəkət edən yük avtomobilləridir. Məlumata görə, bu yük avtomobillərin 600-ü nəzarət-keçid məntəqəsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanla sərhəddə Rusiyanın hərbi komissarlığının yoxlama-nəzarət məntəqəsinin açılacağına dair məlumat yayılıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra viza ləğv olunmayan ölkələrə axın artıb.

Vumart və Güvən reklamı Vumart Güvən