Ukrayna ordusu daha iki yaşayış məntəqəsini işğalçılardan AZAD ETDİ

 08:58 28.09.2022     1029

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Koroviy Yar yaşayış məntəsəini işğalçı Rusiya qoşunlarından azad edib.

Redaktor.az “İnterfaks Ukraina”ya istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti Sergey Neşadım tviter hesabında yazıb.

“Koroviy Yar bizimdir” - deyən zabit eyni zamanda qeyd edib ki, Koroviy Yarın azad edilməsi ilə bağlı rəsmi məlumat açıqlana bilər.

Sergey Neşadım ukraynalı hərbçilərin Koroviy Yar ərazisinə daxil olmasının, qəsəbənin adı yazılmış lövhənin yanından keçdiyini əks etdirən videonu da yayıb.

Ukrayna Müdafiə Nazirliyi isə Xarkov vilayətinin Kupyansk-Vuzlovı kəndinin azad edildiyini açıqlayıb.

Nazirliyin tviter hesabında bildirilib ki, Ukraynanın şərqindəki ən böyük dəmir yolu stansiyalarından biri burada yerləşir. Rusiya hərbçiləri buradan özlərinin təchizat yolu kimi istifadə ediblər.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən