Ukrayna ordusu ruslara şok yaşatdı - Daha 400 canlı qüvvə, 1 təyyarə...

 10:45 28.09.2022     1135

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun  58150 (+400) canlı qüvvəsi, 2312 (+6) tank, 4889 (+8) zirehli döyüş maşını, 1381 (+3) artilleriya sistemi, 331 (+0) reaktiv yaylım atəşi sistemi, 175 (+0) hava hücumundan müdafiə sistemi, 262 (+1) təyyarə, 224 (+0) helikopter, 989 (+12) PUA, 242 (+1) qanadlı raket, 15 (+0) gəmi, 3742 (+12) avtomobil texnikası və avtosistern, 131 (+0) xüsusi texnikası məhv edilib.

Ötən gün Rusiya ən böyük itkiləri Kramatorski və Donetsk istiqamətlərində verib.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən