Etirazçılar SEPAH komandirini güllələdi - FOTO

 17:05 28.09.2022     1387

İranda SEPAH komandiri Mohsen Dalvənd bir qrup etirazçı tərəfindən güllələnərək öldürülüb.

Redaktor.az “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.

Bildirilir ki, polkovnik Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərindəki hərbi birləşmənin kəşfiyyat bölməsinin rəisi olub.

Kanalın bir neçə saat öncə əldə etdiyi məlumata görə, onun dörd mühafizəçisinə də atəş açılıb. Yaralılar ağır vəziyyətdə Urmiya şəhər xəstəxanasına yerləşdiriliblər.

İltifat HACIXANOĞLU

Vumart və Güvən reklamı Vumart Güvən