Tonoyan yenə zaminə buraxılmadı
Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın zaminə buraxılması ilə bağlı vəsatətə baxılıb.
Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onun vəkili Sergey Ovannisyan bildirib ki, Antikorrupsiya məhkəməsi vəsatəti təmin etməyərək, təqsirləndirilən şəxsin həbsdə qalmasına qərar verib.
eyd edək ki, müdafiə tərəfi həbs qəti imkan tədbirinin dəyişdirilməsi müqabilində sabiq nazirin evini girov qoyulmasını təklif edib.
David Tonoyan bir neçə yüksək rütbəli zabitlə birlikdə 4,6 milyon dollar dəyərində yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur.












