ABŞ-da silahlılar məktəbə daxil olub atəş açdılar - VİDEO

 10:08 29.09.2022     485

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində silahlı şəxslər məktəbdə atəş açıblar.

Redaktor.az xəbər verir ki, atışma nəticəsində azı 6 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bütün şagirdlər məktəbdən təxliyə ediliblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edənlərin üç nəfər olduğu ehtimal edilir.

Hazırda polis şübhəliləri axtarır.

 

Vumart və Güvən reklamı Vumart Güvən