Ukrayna ordusu ruslara dəhşət yaşatdı - Daha 430 canlı qüvvə, 13 tank...
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 58580 (+430) canlı qüvvəsi, 2325 (+13) tank, 4909 (+20) zirehli döyüş maşını, 1385 (+4) artilleriya sistemi, 331 (+0) reaktiv yaylım atəşi sistemi, 175 (+0) hava hücumundan müdafiə sistemi, 262 (+1) təyyarə, 224 (+0) helikopter, 995 (+6) PUA, 246 (+4) qanadlı raket, 15 (+0) gəmi, 3751 (+9) avtomobil texnikası və avtosistern, 131 (+0) xüsusi texnikası məhv edilib.
Ötən gün Rusiya ən böyük itkiləri Kramatorski və Donetsk istiqamətlərində verib.
İLTİFAT












