Hindistanın Ermənistana satdığı silahlar məlum oldu

 11:14 29.09.2022     1052

Hindistan Ermənistana 270 milyon dollar məblğində silah və hərbi texnika satıb.

Redaktor.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, Hindistanla imzalanan müqaviləyə əsasən, Ermənistan böyük həcmdə raket, mərmi və sursat sifarişi edib.

Sentyabrın əvvəlində Ermənistan ordusunu fasiləsiz silah və sursatla təchiz etmək üçün İrəvanla Dehli arasında dövlətlərarası müqavilə imzalanıb.

Vumart və Güvən reklamı Vumart Güvən