Çavuşoğlu Yunanıstanı HƏDƏLƏDİ

 13:53 29.09.2022     517

Yunanıstanın hərbisizləşdirilmiş Lesbos və Samos (Midili və Sisam) adalarına ABŞ istehsalı olan zirehli maşınlar göndərməsindən sonra Afinanın təxribatlarına Ankaradan reaksiyalar bir-birinin ardınca gəlməkdə davam edir.

Redaktor.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Yunanıstanın təxribatları ilə bağlı açıqlamalar verib.

“Yunanıstan adaları silahlandırarkən biz də lazımi addımları atacağıq”, - deyə o bildirib.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldığı televiziya proqramında Yunanıstanla bağlı açıqlamalar verərək, ABŞ-ın hərəkətini qəbuledilməz adlandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən