Rusiyanın qovduğu yapon diplomat yoxa çıxıb

 10:17 30.09.2022     355

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Vladivostokdan qovulan konsul Motoki Tatsunorinin sentyabrın 28-də Rusiyanı tərk etdiyini, lakin hələ də ölkəyə gəlmədiyini bildirib.

“Diplomat Rusiyanı ayın 28-də tərk edib, lakin hələ Yaponiyaya gəlməyib. Vəziyyətin mahiyyətinə görə təfərrüat verməyəcəm”, - deyə nazir bildirib.

Xatırladaq ki, sentyabrın 26-da Yaponiyanın Vladivostokdakı baş konsulluğunun rəhbəri Tatsunorinin məxfi məlumat topladığı iddiası ilə “persona non-qrata” elan edilərək  48 saat ərzində Rusiyanı tərk etməsi tələb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən