​​​​​​​Kabildə partlayış - çox sayda ölən və yaralananlar var

 13:54 30.09.2022     361

Kabilin qərbindəki təhsil mərkəzində baş verən partlayışda ölənlərin sayı 32-yə çatıb, ən azı 40 nəfər yaralanıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, daha əvvəl partlayış nəticəsində azı 20 nəfərin öldüyü, 35 nəfərin isə yaralandığı bildirilmişdi.

Baş verən hücumun arxasında kamikadze olduğu bildirilir.

Əfqanıstanın İslam Əmirliyi öz Tviter hesabında daha 19 nəfərin öldüyünü və 27 nəfərin yaralandığını bildirib.

Son aylarda Əfqanıstanın bir sıra əyalətlərində, o cümlədən paytaxtın ətrafındakı ərazilərdə həm Taliban tərəfdarlarının, həm də mülki şəxslərin həlak olduğu bir sıra partlayışlar, silahlı hücumlar və atışmaların baş verdiyi bildirilir. Xorasan vilayəti baş verən hadisələrin əksəriyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən