İranda 9 xarici ölkə vətəndaşı həbs edildi

 21:56 30.09.2022     379

İranda iğtişaşlarda iştirak etdiklərinə görə bir sıra xarici ölkələrin 9 vətəndaşı həbs edilib.

Redaktor.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, onlar Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və digər ölkələrin vətəndaşlarıdır.

Xatırladaq ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub.

Vumart və Güvən reklamı Vumart Güvən