Bu ölkədə hərbi çevriliş baş verdi

 10:05 01.10.2022     444

Burkina-Fasoda dövlət çevrilişi baş verib

Redaktor.az  xəbər verir ki, bunu yerli telekanalın studiyasını ələ keçirən hərbçilər deyib.

Polya-Anri Damiba hakimiyyətdən uzaqlaşdırılıb. Ölkənin yeni lideri kapitan İbrahim Traore elan edilib.

Qeyd edək ki, Burkina-Faso Afrikanın tipik “hərbi çevrilişlər ölkəsi” adlanır. 1960-cı ildə müstəqillik əldə etdikdən sonra ölkədə hakimiyyət səkkiz dəfə konstitusiyaya zidd şəkildə dəyişdirilib: altı dəfə hərbi çevrilişlər nəticəsində, iki dəfə - 1966 və 2014-cü illərdə prezidentlər kütləvi xalq üsyanlarının təzyiqi ilə postlarını tərk etməyə məcbur olublar.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən