Ukraynada son sutkada 530 işğalçı MƏHV EDİLDİ - FOTO

 12:41 01.10.2022     649

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 59 610 nəfər canlı qüvvəsi, 2 354 tank, 4 949 zirehli döyüş maşını, 1 397 artilleriya sistemi, 336 reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 264 təyyarə, 226 helikopter, 1009 PUA, 246 qanadlı raket, 15 gəmi, 3 786 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikası məhv edilib.

Nərmin VÜQARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən