Müdafiə naziri Ukraynaya gizli səfər etdi

 23:37 01.10.2022     372

Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynaya gizli səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Die Welt" nəşri yazıb.

Məlumata görə, Lambrext Odessada ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb.

Səfər zamanı nazir yaxın günlərdə Ukraynaya "İris-T SLM" hava hücumundan müdafiə sistemlərinin tədarük ediləcəyinə söz verib.

Bundan əlavə, nazir Almaniyanın "vacib infrastrukturun" qorunmasına kömək edəcəyini vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən