Gürcüstan-Rusiya sərhədində vəziyyət ACINACAQLIDIR

 13:40 02.10.2022     442

Şimali Osetiyada Rusiya və Gürcüstan sərhəd-keçid məntəqəsindən keçmək istəyən şəxslər beş gündür növbə gözləyirlər.

Redaktor.az xəbər verir ki, “Verxniy Lars” keçid məntəqəsində ucsuz-bucaqsız növbə yaranıb.

Bəzi sürücülər dövlət nömrə nişanlarını çıxararaq avtomobillərini yolun kənarında qoyub, orakı tərk ediblər. Bundan əlavə, avtomobillərin üzərində onların Gürcüstana keçməsinə kömək təklifləri ilə bağlı elanlar yerləşdirilib.

Növbədə, həmçinin Samara vilayətindən olan sürücülük məktəbinin təlim maşını və üzərində “South African National Park” yazısı olan avtomobil də görünüb.

Vumart və Güvən reklamı Vumart Güvən