Bağdadda polis etirazçılara atəş açdı - Onlarla yaralı var

 12:48 02.10.2022     285

İraqın paytaxtı Bağdaddakı Tahrir meydanında keçirilən etiraz aksiyası zamanı etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verib.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, toqquşmalar nəticəsində azı 86 nəfər xəsarət alıb.

Xəsarət alanların əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Bildirilir ki, təhlükəsizlik qüvvələrinə molotov kokteyli və ov tüfəngləri ilə hücum edilib, 38 etirazçı isə rezin güllələrdən yaralanıb.

Vumart və Güvən reklamı Vumart Güvən