Türkiyə və Ukraynanın birinci xanımları görüşdü 

 20:11 02.10.2022     297

Türkiyə və Ukraynanın birinci xanımları Əminə Ərdoğanla Yelena Zelenskaya görüşüblər.

Redaktor.az.az xəbər verir ki, bu barədə xanım Ərdoğan "Twitter" hesabında məlumat yayıb.

Görüş İstanbulda baş tutub. Əminə Ərdoğan Zelenskaya ilə görüşdən məmnunluğunu ifadə edib.

“İnanıram ki, Ukrayna xalqının, xüsusilə də qadınların və uşaqların yaralarını bir yerdə saracağıq", - açıqlamada deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən