Ukrayna ordusu daha bir neçə yaşayış məntəqəsini azad etdi

 09:00 03.10.2022     395

Ukrayna ordusu Donetsk vilayətinin üç yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib və Luqansk vilayətinin Kremennaya şəhərinə doğru irəliləyir.

Redaktor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığında yerləşən Zareçnoye və Torskoye yaşayış məntəqələrini azad ediblər. Rusiya hərbçiləri məhz bu yaşayış məntəqələri vasitəsilə Liman şəhərini silah və şəxsi heyətlə təchiz edə bilirdilər.

Qeyd edilir ki, Ukrayna hərbçiləri Luqansk istiqamətində Kremennaya şəhərinə doğru hərəkət edirlər.

Eyni zamanda Ukrayna ordusu Donetsk vilayətinin Torskoye kəndini də Rusiya hərbçilərindən azad edib. Bu barədə isə Ukrayna ordusunun Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatov bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən