Hulusi Akar Yunanıstanı və Qərb ölkələrini ittiham etdi

 11:11 03.10.2022     491

“Yunanıstan adaları silahlandırmaqla Paris və Lozanna razılaşmalarının şərtlərini pozur”.

Redaktor.az “Star.com.tr”yə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Yunanıstanın Egey dənizindəki təxribatları davam edir: “Qabaqlayıcı tədbirlər görürük. Baş verənlərə qarşı nə etmək lazımıdırsa, edirik. Proseslər tamamilə bizim nəzarətimiz altındadır. Ən əsas problemimiz Qərb ölkələrinin obyektiv olmamasıdır”.

H. Akar rəsmi Afinanı danışıqlar masasına dəvət edib: “Hər şeyə rəğmən, biz “sülh”, “dialoq” deyirik. Diplomatiyanı axıradək davam etdirir, meydanda da hər cür tədbirləri görürük. Biz müzakirələri davam etdirməyə hazırıq”.

Nazir söyləyib ki, rəsmi Ankara müzakirələrə hazırdır: “Biz etimad mühitini formalaşdırmaq üçün Yunanıstan nümayəndə heyətini Ankarada gözlədiyimizi dedik. Üzərindən 2 il keçdi, gəlmədilər. Sonra dialoqdan danışırlar”.

Vumart və Güvən reklamı Vumart Güvən