Rusiyanın Ukraynada daha 320 hərbçisi, 1 təyyarə, 1 helikopteri MƏHV EDİLDİ - FOTO

 11:23 03.10.2022     514

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 60430 (+ 320) nəfər canlı qüvvəsi, 2380 (+3) tank, 4991 (+16) zirehli döyüş maşını, 1405 (+0) artilleriya sistemi, 338 (+1) reaktiv yaylım atəşi sistemi, 176 (+0) hava hücumundan müdafiə sistemi, 265 (+1) təyyarə, 228 (+1) helikopter, 1026 (+11) PUA, 246 (+0) qanadlı raket, 15 (+0) gəmi, 3811 (+15) avtomobil texnikası və avtosistern, 131 (+0) xüsusi texnikası məhv edilib.

İşğalçılar ötən gün ən böyük itkisini Kramatorsk və Baxmut istiqamətlərində verib.

NƏRMİN

2
Vumart və Güvən reklamı Vumart Güvən