Tehranda vəziyyət qarışdı: İranın nüfuzlu universitetində dərslər dayandırıldı - FOTO

 12:18 03.10.2022     473

Oktyabrın 2-də tələbələrin geniş etiraz aksiyalarından sonra Tehran hökuməti İranın nüfuzlu Şərif Texnologiya Universitetində dərslərin dayandırılması barədə qərar verib.

Redaktor.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, növbəti bildirişə qədər tələbələrin universitetə girişinə qadağa qoyulub.

Qeyd edək ki, bazar günü İranın onlarla şəhərində keçirilən kütləvi aksiyalarla yanaşı, universitetlərdə də etirazlar baş tutub.

Şərif Texnologiya Universitetində təşkil edilən aksiyaya hökumət qüvvələrinin sərt müdaxiləsi olub və tələbələrə qarşı gözyaşardıcı qazdan, rezin dəyənəklərdən istifadə edilib.

Universitet mühasirəyə alınıb, İranın elm naziri Məhəmmədəli Zülfi Gül hadisə yerinə gəlib və aranı sakitləşdirməyə çalışsa da, nəticə əldə olunmayıb.

Çox sayda tələbənin yaralandığı və həbs edildiyi bildirilir.

Xatırladaq ki, Təbriz Universitetində də sentyabrın 24-dən naməlum müddətə qədər dərslərin dayandırıldığı barədə xəbər yayılmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən