“Qeyrətli müəllimlər, dəstək verin” - İranda tələbələr ayağa qalxdılar- VİDEO

 14:43 03.10.2022     478

İranda Kirmanşah Baytarlıq İnstitutunun tələbələri oturaq aksiyaya başlayıb və şüarlar səsləndiriblər:

“Qeyrətli müəllimlər, dəstək verin, dəstək verin”.

Redaktor.az “Azad İran” “Telegram” kanalı istinadla xəbər verir ki, Tehran Azad Tibb Universitetinin tələbələri də etiraz edir və oturaq aksiya keçirirlər.

Onlar “Tələbə ölər, alçalmağı qəbul etməz” şüarı səsləndiriblər.

Qeyd edək ki, İranda kütləvi etirazlar davam edir və getdikcə daha da genişlənir.

Bundan əvvəl Tehran hökumətinin İranın nüfuzlu Şərif Texnologiya Universitetində dərslərin dayandırılması barədə qərar verdiyi barədə xəbər yayılıb.

Qeyd edək ki, İranda etiraz aksiyaları 18-ci gündür davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən