Ukraynada daha bir Rusiya qırıcısı VURULDU
Ukraynanın Rusiyanın nəzarəti altında olan Xerson vilayətində Rusiyanın Su-25 qırıcı təyyarəsi vurulub.
Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"03 oktyabr saat 12.00 radələrində Xerson vilayətinin Berislavskomu rayonunda "Cənub" hava komandanlığının Xerson hava əleyhinə raket briqadasının bölməsi rusların Su-25 qırıcısını vurub", - deyə Baş Qərargahdan bildirilib.
T.İSMAYIL












