ABŞ-da qasırğa qurbanlarının sayı 90-a çatır - FOTO
ABŞ-da “İan” qasırğası nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları davam edir, buna görə qurbanların arta biləcəyi istisna olunmur.
Xatırladaq ki, sentyabrın 27-də başlayan “İan” qasırğası Floridada çoxsaylı dağıntılara səbəb olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb.
Dördüncü kateqoriyaya aid edilən və sürəti 250 km/saata çatan “İan” posttropik siklona çevrildiyindən təhlükənin hələ bitmədiyi qeyd olunur.












