Ukrayna əhalisinin 83%-i NATO üzvlüyünü dəstəkləyir 

 23:59 03.10.2022     696

Ukrayna vətəndaşlarının 83%-i ölkələrinin NATO-ya üzv olmasını istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə Reytinq Qrupunun sorğusunda qeyd olunub.

Sorğu oktyabrın 1-2-də 2000 respondent arasında keçirilib.

Reytinq Qrupu NATO üzvlüyünü dəstəkləyənlərin faizinin Ukraynada aparılan sorğuda indiyə qədər qeydə alınan ən yüksək göstərici olduğunu bildirib. Yalnız 4% bloka qoşulmanın əleyhinə, 9% isə neytral olduğunu bildirib.

Ümumilikdə isə ölkə üzrə iyun ayından bəri NATO üzvlüyünə dəstək 7 faiz artıb.

Vumart və Güvən reklamı Vumart Güvən