Rus səfir İspaniya XİN-ə çağırıldı

 23:10 03.10.2022     321

Rusiyanın Madriddəki səfiri Yuri Korçaqin İspaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniya XİN məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyasının Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirdiyi qanunsuz referenduma etiraz edilib və Madridin mövqeyi səfirin diqqətinə çatdırılıb.

Bundan öncə bir çox Avropa ölkələri Rusiya səfirlərinə etirazlarını bildiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən