“Putinin nüvə təhdidlərini ciddi qəbul edirik” - Almaniya XİN başçısı

 23:23 03.10.2022     313

Almaniyanın xarici işlər naziri Annalena Burbok Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı təhdidlərini çox ciddi qəbul etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Neue Osnabrücker Zeitung” nəşri yazıb.

“Biz onun sözlərini çox ciddi qəbul edirik. Müharibənin 220 günündən artıq müddətdə Vladimir Putin dəfələrlə göstərdi ki, o, ən dəhşətli hərbi cinayətlərdən çəkinmir”, - Burbok bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək:

“Əgər Rusiya bu müharibədə qalib gəlsə, yəni Ukraynanı məhv etsə, o zaman nəinki Avropa sülh nizamı bərbad olacaq, heç bir kiçik ölkə artıq təhlükəsiz olmayacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən