“Taliban” qızlar üçün ixtisas seçiminə məhdudiyyətlər qoydu

 13:41 04.10.2022     305

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı qızların ixtisas seçiminə məhdudiyyətlər qoyulacağını açıqlayıb.

Redaktor.az “Taliban”ın Ali Təhsil Nazirliyinin sözçüsü Əhməd Təqi bildirib ki, artıq məhdudiyyətlər universitetlərə oktyabrın 5-7-də keçiriləcək qəbul imtahanlarında tətbiq edilməyə başlayacaq.

“Qızlar özlərinə və həmvətənlərinə fayda verə bilməyəcəkləri ixtisaslara buraxılmayacaqlar”, - deyə Əhməd Təqi vurğulayıb.

Lakin Əhməd Təqi qızlar üçün müəyyən edilmiş fakültələrin siyahısını açıqlamayıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən