Lukaşenko Ukraynanın işğalında Belarusun iştirakını etiraf ETDİ

 14:32 04.10.2022     401

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynadakı xüsusi hərbi əməliyyatlarda iştirak etdiyini deyib.

Redaktor.az-ın TASS-a istinadən  xəbərinə görə, Aleksandr Lukaşenko qeyd edib ki, buna baxmayaraq onun ölkəsinin hərbçiləri heç kəsi öldürmür.

“Onların vəzifəsi Polşa, Litva və Latviya zərbələrindən qorumaq və münaqişənin ölkə ərazisinə keçməsinin qarşısını almaqdır”, - o deyib.

Prezident bir daha vurğulayıb ki, heç kəs Belarus ərazisindən ruslara atəş aça bilməyəcək.

Vumart və Güvən reklamı Vumart Güvən