Binəli Yıldırım koronavirusa yoluxdu
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım koronavirusa yoluxub.
Redaktor.az xəbər verir ki, bu barədə, o özünün "Twitter" hesabında məlumat yayıb.
O qeyd edib ki, bu gün verdiyi COVİD-19 testi müsbət çıxıb.
“Vəziyyətim yaxşıdır, şükür. İnşallah həkimlərimizin məsləhəti ilə evdə müalicəmi davam etdirərək bu prosesi keçəcəyəm", - Yıldırım yazıb.












