Ukrayna ordusunun azərbaycanlı zabiti həlak oldu - FOTO
Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti həlak olub.
Redaktor.az xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq üzrə sədri Rəmzi Rzayevin report.az-a məlumatına görə, bu, Ukrayna ordusunun kiçik leytenantı İbişov Nahid İmanxan oğludur.
Xerson vilayəti istiqamətində həlak olan zabit əslən Azərbaycanın Sabirabad rayonundandır.













