Xersonda 50-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi

 23:15 04.10.2022     497

Ukrayna Xersonda 50-dən çox yaşayış məntəqəsini azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

O, 100-dən çox müharibə cinayətinin sənədləşdirildiyini qeyd edib:

"Xerson rayonunda 50-dən çox yaşayış məntəqəsi azad edilib və 3500-dən çox vətəndaş Rusiya işğalından qurtulub. Milli Polis tərəfindən 105 müharibə cinayəti sənədləşdirilib və bu istiqamətdə işlər davam etdirilir".

Y. Yenin rayonda mobil buraxılış məntəqəsinin fəaliyyətə başladığını qeyd edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən