Hindistanda faciə - Toya gedənləri aparan avtobus dərəyə yuvarlandı - FOTO

 09:52 05.10.2022     309

Hindistanın Uttarxand ştatında sərnişinləri daşıyan avtobus dərəyə aşıb.

Redaktor.az xəbər verir ki, nəticədə azı 25 nəfər həlak olub.

Hadisə Pauri Qarhval rayonunda baş verib. 40-dan çox qonağı toya aparan avtobus dərəyə yuvarlanıb. Rayonun Simdi kəndi yaxınlığında qəza yerində gecə saatlarında həyata keçirilən xilasetmə əməliyyatı zamanı ümumilikdə 21 sərnişin xilas edilib.

Bütün yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən