Ukraynada son sutkada 200 işğalçı MƏHV EDİLDİ- FOTO
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 61000 (+ 200) nəfər canlı qüvvəsi, 2435 (+11) tank, 5038 (+20) zirehli döyüş maşını, 1414 (+7) artilleriya sistemi, 341 (+1) reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 (+4) helikopter, 1032 (+4) PUA, 246 qanadlı raket, 15 (+0) gəmi, 3841 (+17) avtomobil texnikası və avtosistern, 132 (+1) xüsusi texnikası məhv edilib.
İşğalçılar ötən gün ən böyük itkisini Kramatorsk və Baxmut istiqamətlərində verib.
İLTİFAT













