Kimya üzrə Nobel mükafatının qalibləri bilindi

 14:07 05.10.2022     346

Kimya üzrə Nobel mükafatının qalibləri elan edilib.

Redaktor.az xəbər verir ki, məlumatı Nobel Komitəsi yayıb.

Bildirilib ki, Karolin Bertossi (ABŞ), Barri Şarpless (ABŞ) və Morten Meldal (Danimarka) molekulların ultrasürətli sintezinin yeni üsulunu kəşf etdiklərinə görə bu mükafata layiq görülüblər.

Xatırladaq ki, mükafat Alfred Nobelin vəsiyyətinə əsasən altı sahə - kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə verilir.

Vumart və Güvən reklamı Vumart Güvən