Zaporojye AES Rusiyanın mülkiyyətinə keçəcək  - Putin fərman verdi

 21:08 05.10.2022     399

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, Kreml Sarayının saytında dərc olunan fərmanda Zaporojye AES-in fəaliyyəti üçün lazımi icazələrin veriləcəyi bildirilib.

Fərmanda qeyd olunub ki, bu elektrik stansiyası Rusiyanın federal mülkiyyətinə keçəcək və bu istiqamətdə Rusiya hökumətinə göstəriş verilib.

 Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Vumart və Güvən reklamı Vumart Güvən