"Yalan danışdığınız bəsdir, xalq axmaq deyil" - Rusiyalı general

 21:15 05.10.2022     1168

Rusiyalı general-polkovnik, eyni zamanda Dövlət Dumasının Müdafiə məsələləri üzrə Komitəsinin sədri Andrey Kartapolov çağırış edib.

Redaktor.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o bildirib ki, Ukraynada gedən xüsusi əməliyyatın gedişi ilə bağlı yalan danışmağa son qoymaq lazımdır:

“İnsanları aldatmayın, onlara həqiqətləri deyin. Xalqımız cəbhədə nə baş verdiyini gözəl bilir. Xalq axmaq deyil. Siz yalan danışdıqca, inamınızı itirirsiniz”.