Rusiyalı gənclər qadın paltarında Türkiyəyə qaçmaq istədi

 23:55 05.10.2022     283

Yeddi rusiyalı gənc oğlan qadın qiyafəsində katerlə Rusiyanın Anapa şəhərindən Türkiyəyə qaçmağa çalışıb. Ancaq akvatoriyadan çıxışda onların olduğu qayıq sərhədçilər tərəfindən saxlanılıb.

Redaktor.az-ın “Mash” “Telegram” kanalına istinadən xəbərinə görə, sənədləri yoxlayan zaman məlum olub ki, gənclər gəmi biletlərinə öz adları əvəzinə qadın və uşaqların məlumatlarını daxil ediblər. Onların hər biri kapitana bu iş üçün 60-100 min arası rubl ödəyib.

Qaçaqlar yenidən Anapaya qaytarılıblar. Gəmi kapitanına qarşı inzibati iş qaldırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən