Ukrayna ordusu daha bir şəhəri işğalçılardan AZAD ETDİ

 10:25 06.10.2022     668

Xarkov vilayətinin Borovaya şəhəri işğaldan azad edilib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, şəhər Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən azad olunduqdan sonra ərazidə dövlət bayrağı ucaldılıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarca yaşayış məntəqəsinin işğaldan azad edildiyini söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən