Ukraynada rusların daha 330 hərbçisi, 14 tankı MƏHV EDİLDİ

 10:44 06.10.2022     334

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 61330 (+330) nəfər canlı qüvvəsi, 2449 (+14) tank, 5064 (+26) zirehli döyüş maşını, 1424 (+10) artilleriya sistemi, 344 (+3) reaktiv yaylım atəşi sistemi, 177 (+0) hava hücumundan müdafiə sistemi, 266 (+0) təyyarə, 232 (+0) helikopter, 1047 (+15) PUA, 246 (+0)  qanadlı raket, 15 (+0) gəmi, 3854 (+13) avtomobil texnikası və avtosistern, 134 (+2) xüsusi texnikası məhv edilib.

İşğalçılar ötən gün ən böyük itkisini Kramatorsk, Avdiyivka və Kryvyi Rih istiqamətlərində verib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən