Türkiyə İsrailə səfir təyin etdi
Türkiyə İsrailə yeni səfir təyin edib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı ilə Şakir Özkan Torunlar bu vəzifəyə təyin olunub.
Qeyd edək ki, Torunlar 2010-2014-cü illərdə Türkiyənin Yerusəlimdə Baş Konsulu və Fələstinin səfiri vəzifələrində çalışıb.












