Ukrayna İran PUA-larının 60%-ni vurub

 20:08 06.10.2022     383

Ukrayna ordusu Rusiyanın istifadə etdiyi İran istehsalı pilotsuz uçuş aparatlarının 60%-ni vurub.

Redaktor.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov məlumat verib.

O qeyd edib ki, Rusiya 86 ədəd İrandan alınan PUA-dan istifadə edib.

"PUA-ların 60%-i vurulub. Biz düşmən PUA-larının texniki xüsusiyyətlərini nəzərə alaraq hava hücumundan müdafiə sistemimizi təkmilləşdirəcəyik”, - deyə Qromov bildirib.

Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan PUA-ların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə artıq İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.

Vumart və Güvən reklamı Vumart Güvən