Avropa İttifaqı Rusiyalı müğənnilərə qarşı sanksiya tətbiq etdi

 20:18 06.10.2022     408

Avropa İttifaqı Ukraynanın dörd subyektinin Rusiya Federasiyasına ilhaqı ilə əlaqədar 30 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Redaktor.az TASS-a istinadla məlumat verir ki, məhdudiyyətlərin tətbiq edildiyi şəxslərin siyahısına ifaçılar Yuliya Çiçerina, Nikolay Rastorquyev və Oleq Qazmanov da daxil edilib.

Bu barədə cümə axşamı müvafiq qaydaların dərc edən Aİ-nin rəsmi jurnalında məlumat verilib.

Bununla yanaşı, hüquqi şəxs olan “Fakel”, “Avanqard”, “İrkut”, “Deqtyaryov” zavodu da qara siyahıya düşüb.