Putin bu gün Ərdoğanla danışacaq

 02:00 07.10.2022     793

Bu gün Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.

Redaktor.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Daha əvvəl Peskov Putinin oktyabrın 7-nə bir sıra telefon əlaqəsi planlaşdırdığını bildirib.

Bununla yanaşı, sabah Vladimir Putin Sankt-Peterburqda MDB ölkələrinin rəhbərləri ilə qeyri-rəsmi görüş keçirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən